Bu kafe və restoranların açılması müzakirə edilir - TƏBİB
03 avqust 2020 17:53 (UTC +04:00)

Bu kafe və restoranların açılması müzakirə edilir - TƏBİB

“İri ticarət mərkəzləri açıldığı təqdirdə bu və ya digər formada vətəndaşların orada cəmləşməsi baş verir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, əsas məqsəd bunun qarşısını almaqdır: “Çimərliklər məsələsində bununla bağlı müəyyən portal yaradılıb ki, insanlar sıx toplaşmasın”.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə bildirib ki, kiçik kafelər və açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir: “Qida qəbul edəndə istər-istəməz maskadan istifadə mümkün olmur. Bu məsələlər müzakirə edilir. Mərhələli şəkildə buna getmək lazımdır. Birdən-birə açılmalar kütləvi yoluxmalara səbəb ola bilər”.

# 7798
avatar

Oxşar yazılar