İki piyadanı maşın vurub öldürdü
03 avqust 2020 13:25 (UTC +04:00)

İki piyadanı maşın vurub öldürdü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 1-də saat 18 radələrində Sabirabad rayonu,  Qarağac kəndi ərazisində Yeni Noxudlu kənd sakini F.Əhmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Rəhim Rəhimovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Piyadanın ölümü ilə nəticələnən daha bir hadisə Ağcabədi rayonunda  baş verib.

Məlumata görə, avqustun 2-də saat 23 radələrində Ağcabədi rayonu, Qayıdış qəsəbəsi ərazisində şəhər sakini Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanmış Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

# 1897
avatar

Oxşar yazılar