1669
13:21
01 Avqust 2020

Fransada sürücü avtomobili insanların üstünə sürdü: 13 nəfər yaralanıb


Fransanın şərqindəki Venzel kommunasında sürücü avtomobili barın qarşısındakı izdihamın üzərinə sürüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, nəticədə 13 nəfər xəsarət alıb.

Hadisə gecəyarısı baş verib. Bara gələnlər arasında konflikt yarandıqdan sonra bir nəfər avtomobili barın qabağında olan insanların üstünə sürüb.

Polis sərxoş vəziyyətdə olan sürücünü saxlayıb.

Konfliktin səbəbi məlum deyil.