Britaniyada karantin rejiminin yumşaldılması dayandırıldı
31 iyul 2020 17:49 (UTC +04:00)

Britaniyada karantin rejiminin yumşaldılması dayandırıldı


Konoravirusa yeni yoluxma hallarının artması ilə əlaqədar Britaniya hökuməti karantinin yumşaldılmasının növbəti mərhələsini dayandırıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

“Biz virusu nəzarətdə saxlamaq üçün əyləcə basmalıyıq. Avqustun 1-dən yoluxma riski böyük olan bir sıra müəssisələri açmağı düşünürdük. Lakin mən qeyd etməliyəm ki, biz hazırkı dəyişikliyi ən azı iki həftəlik təxirə salmağa məcburuq”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, yumşalmanın növbəti mərhələsi avqustun 1-dən başlamalı idi. Bolinq və kazino zalları açılmalı, qapalı müəssisələrdə bir sıra tədbirlərin keçirilməsinə icazə verilməli idi. 

Xatırladaq ki, buna qədər hökumət mart ayının 23-dən tətbiq edilən karantin rejiminin yumşaldılması ilə bağlı qərarları ləğv etməyib.

# 2932
avatar

Oxşar yazılar