1114
11:38
31 İyul 2020

COVID-19 xəstələrinin 7-8, pnevmoniya olanların 17 faizində ürək aritmiyası yaranır

Koronavirus xəstələrində aritmiyanın rast gəlinməsi sıxlığı fərqlidir.

e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının aritmoloqu, uzman həkim İsmayıl Göyüşov deyib.

“COVID-19 müalicəsi zamanı QT intervalı və aritmogenik risk” mövzusunda keçirdiyi vebinarda bu barədə danəşan həkimin sözlərinə görə, COVID-19 xəstələrinin 7-8 faizində döyüntü şikayəti yaşanır. Bununla belə, pnevmoniya formalaşan xəstələrin 17 faizində aritmiya müşahdə olunur.

Vebinarda QT intervalının düzgün ölşülməsi, QT-yə təsir edən faktorlar açıqlanıb. Əsasən ixtisaslaşmış həkimlər üçün nəzərdə tutulan vebinar qrafikalar, müxtəlif cədvəllər, müvafiq video çarxlar və təsvirlərlə müşayiət olunub. Bir saat davam edən vebinarda İ.Göyüşov canlı yayımda ona ünvanlanan sualları da cavablandırıb.