Azərbaycanda ana iki yaşlı oğlunu da götürüb yoxa çıxdı
30 iyul 2020 16:36 (UTC +04:00)

Azərbaycanda ana iki yaşlı oğlunu da götürüb yoxa çıxdı

Ağdaşda ana və azyaşlı oğlu itkin düşüb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a daxil olan xəbərə görə, rayonun Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlü Ülkər Abdullayeva iyun ayının 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ü.Abdullayevanın əlamətləri belədir: boyu 165 sm, dolu bədən quruluşlu, qara qısa saçlı, gözlərinin rəngi qaradır.

Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qəhvəyi rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-233-06-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4973

Oxşar yazılar