4282
14:57
30 İyul 2020

General Polad Həşimovun xatirəsi əbədiləşdiriləcək - PREZİDENTDƏN TAPŞIRIQ

Qəbələ rayonunda səfəri zamanı Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

APA-nın məlumatına görə, dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb.

Qeyd edək ki, iyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.