Bakıda kirayə yoldaşını öldürən şəxs tutuldu
29 iyul 2020 09:40 (UTC +04:00)

Bakıda kirayə yoldaşını öldürən şəxs tutuldu

Bakıda qətl törədən şəxs tutulub.

Lent.az-ın məlumatına görə, iyulun 27-də paytaxtın Sabunçu rayon sakini, 1965-ci il təvəllüdlü Hüsnü Əliyev onun evində kirayə yaşayan 1994-cü il təvvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqla öldürülüb. 

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 12-ci Polis Bölməsinin  əməkdaşlarının keçirdiyi təxirəsalmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Kamran Barat oğlu tutularaq istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2326

Oxşar yazılar