01:16
29 İyul 2020

“Türk Hava Yolları” Sankt-Peterburqa uçuşları bərpa edir


“Türk Hava Yolları” aviaşirkəti avqustun 2-də İstanbuldan, avqustun 10-da isə Antaliyadan Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş həyata keçirəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Pulkovo” Hava Limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türk Hava Yolları Sankt-Peterburqa və Türkiyə daxili uçuşları bərpa edən ilk xarici sərnişin daşıyıcısı olacaq.

Dİgər xəbərlər