09:16
28 İyul 2020

Mərkəzi Neftçilər Xəstəxanasında soyğunçuluq edildi

Mərkəzi Neftçilər Xəstəxanasında soyğunçuluq olub.

Lent.az -ın məlumatına görə, naməlum şəxs iyulun 27-də, saat 15:30-da Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Neftçilər Xəstəxanasında tibb bacısına məxsus içərisində 400 manat və şəxsiyyət vəsiqəsi olan pul qabını dolabdan soyğunçuluq ilə götürüb qaçıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 221-ci maddəsilə məhkum olunmuş 1972-ci il təvəllüdlü Vəli Əlizadə saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər