Salyanda bir nəfəri ölümlə hədələyən şəxs saxlanılıb.
Lent.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 26-da Yenikənd kənd sakini olan bir nəfərə zəng gələrək tüfənglə öldürüləcəyi ilə hədələnib. Bu barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Şöbə əməkdaşları daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində də şübhəli bilinən Salyan şəhər sakini M.Əhədov saxlanılıb.
Onun idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.