18:37
26 İyul 2020

Bu ölkə vəhşi heyvanlar barədə qərar verdi

Vyetnam hökuməti topdansatış bazarlarında vəhşi heyvan satışını qadağan edib.

Lent.az -ın xəbərinə görə, bu barədə Vyetnam hökumətinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda ölkəyə vəhşi heyvanların gətirilməsi də qadağan edilib. Hökumətin qərarında qeyd edilib ki, bütün vətəndaşlara, o cümlədən vəzifəli şəxslərə, dövlət qulluqçuların və onların qohumlarına qanunsuz vəhşi heyvan ovlamaq, onların ticarəti ilə məşğul olmaq, daşımaq, öldürmək və vəhşi heyvan saxlamaq qadağandır.

Qeyd edək ki, bu ilin fevralında ətrafın mühitin mühafizəsi təşəbbüsü ilə çıxış edən bir qrup Vyetnam hökumətinə məktub ünvanlayaraq vəhşi heyvanların satıldığı bazarların bağlanmasını xahiş etmişdi.

Dİgər xəbərlər