6919
22:30
25 İyul 2020

Elçin Şıxlinskidən Prezidentə məktub: "Sizin tərəfinizdən "Vətənə xidmətə görə" kimi ali bir ordenlə mükafatlandırılmaq böyük şərəfdir"

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski Prezident İlham Əliyevə müraciət edib.

Lent.az xəbər verir ki, bu barədə "Prezident.az" saytında məlumat yer alıb.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident.

Biz çox mürəkkəb bir zəmanədə yaşayırıq. Yaşadığımız hər bir gün daban - dabana zidd hadisələr, uğur və qələbələr, ürəyimizi dağlayan olaylar və onları əvəzləyən nailiyyətlərlə zəngindir. Bununla belə, bizim ən böyük sərvətimiz - müstəqilliyimiz, Azərbaycanımızın hazırkı və gələcək inkişafı, cəmiyyətimizin bu zəmində çiçəklənməsidir. Sizin bu yöndə gördüyünüz işləri dəyərləndirməmək imkansızdır.

Məmur - vətəndaş münasibətlərindəki dəyişikliklər, ölkəmizin özünümüdafiə və ordumuzun qüdrətinin artması, dünya siyasət meydanında uğurlarımız, rəngarəng və müxtəlif zümrələri təmsil edən Azərbaycan cəmiyyətinin birliyi, pandemiyanın ağır şərtləri altında və yağı düşmənin sərhədlərimizin toxunulmazlığına xələl gətirmək istədiyi bir zamanda xalqımızın ruh yüksəkliyi nümayiş etdirməsi onu göstərir ki, Siz ölkə rəhbəri kimi bütün bu proseslərin qaynağı, ilhamvericisi və yönləndiricisisiniz.

Mənim üçün Sizin tərəfinizdən "Vətənə xidmətə görə" kimi ali bir ordenlə mükafatlandırılmaq böyük şərəfdir. Hər birimiz üçün Vətənə xidmət etmək ən ümdə istəkdir".