2287
16:12
23 İyul 2020

Üç abituriyent imtahan buraxılmadı - SƏBƏB

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilib.

DİM-dən Lent.az -a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.