Ailənin yeganə qızı, BDU-nun məzunu vəfat etdi - FOTO - YENİLƏNİB
23 iyul 2020 12:37 (UTC +04:00)

Ailənin yeganə qızı, BDU-nun məzunu vəfat etdi - FOTO - YENİLƏNİB

Bakı Dövlət Universitetinin mətbuat xidməti tələbənin ölümünə münasibət bildirib.

Universitetin mətbuat katibi Günel Orucəliyeva Lent.az-a bildirib ki, Ayşən İsmayılzadə BDU-nu bu il bitirib:

"Dünyasını dəyişən gənc qız hazırda BDU-nun tələbəsi deyil. Bu il məzun olub. Revmatizmadan əziyyət çəkirdi. Sonradan xəsətlik böyrəklərini sıradan çıxartdı. Məzunumuzun gənc yaşında dünyasını dəyişməsinə üzülürük və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin".

***

Saat: 11:03

Azərbaycanda tələbə dünyasını dəyişib.

Lent.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsinin 4-cü kurs tələbəsi İsmayılzadə Ayşən Azər qızı vəfat edib.

Ailənin tək qız övladı olan Ayşənin tələbə yoldaşları və yaxınları sosial şəbəkələrdə onun səhv müalicə səbəbindən həyatını itirdiyini yazıblar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 56979

Oxşar yazılar