Elmi inqilab: beyin implantı
22 iyul 2020 19:48 (UTC +04:00)

Elmi inqilab: beyin implantı

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti hələ keçən il insan beyninə inteqrasiya edilmək üçün nəzərdə tutulmuş xüsusi çipi təqdim etmişdi.

Lent.az "technote"a istinadən xəbər verir ki, sözügedən çipin ilk klinik təcrübələri bu ilin sonuna kimi başlamalıdır.

İlkin olaraq bu elektron implant görmə, eşitmə və hərəkət funksiyalarının bərpa olunması üçün nəzərdə tutulurdu.

Lakin indi məlum olub ki, şirkət mühəndisləri neyrointerfeysin daha bir maraqlı tətbiqini fikirləşiblər.

Öz abunəçilərindən birinin beyinə inteqrasiya ediləcək çip vasitəsilə musiqiyə qulaq asmağın mümkünlüyü üzrə sualına cavab verən zaman Elon Musk qeyd edib ki, bu funksiya həqiqətən də reallaşdırıla bilər. Musk beyin implantının necə çalışacağı barəsində məlumat verməsə də çox güman ki, bu implant beyin neyronlarının stimulyasiyası sayəsində səs dalğalarını eşitmə sistemindən yan keçərək ötürə biləcək.

# 6400
avatar

Oxşar yazılar