Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi müzakirə edib
21 iyul 2020 17:44 (UTC +04:00)

Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi müzakirə edib

0

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, S.Lavrov Polad Bülbüloğlu və Vardan Toqanyanla işgüzar səhər yeməyində Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələlərini, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinin fəallaşması perspektivlərini müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3591

Oxşar yazılar