“Ermənistan Metsamor məsələsini qəsdən şouya çevirib” - Şöbə müdiri
21 iyul 2020 12:08 (UTC +04:00)

“Ermənistan Metsamor məsələsini qəsdən şouya çevirib” - Şöbə müdiri

Hikmət Hacıyev: “Ermənistan Metsamor məsələsini qəsdən şouya çevirib”

“Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Bakı şəhəri və Xəzər dənizindəki neft-qaz infrastrukturlarını vuracaqlarını bildirmişdi”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirəcəklərini bəyan edib: “Son təxribatlar zamanı da müxtəlif dezinformasiyalar önə buraxılıb. Azərbaycanın Metsamor AES-lə bağlı fikri rəsmi mövqeyi əks etdirmir. Azərbaycanın hər hansı kritik strateji obyektləri hədəf almaq siyasəti yoxdur. Ermənistan Metsamor məsələsini qəsdən şouya çevirib. Metsamor AES özü region üçün ciddi təhlükə doğurur, köhnə texnologiyaya əsaslanır. Metsamor AES radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrilib”.

# 2614
avatar

Oxşar yazılar