Restoran sahibi ayı, canavar və meymunların güdazına getdi
20 iyul 2020 19:30 (UTC +04:00)

Restoran sahibi ayı, canavar və meymunların güdazına getdi

0


Ağstafa rayonu "Yaşıl Göl" restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Lent.az-ın məlumatına görə, nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, "Yaşıl Göl" ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub: “Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 12889

Oxşar yazılar