04:31
19 İyul 2020

Bakıda fəhləni avtomobil vurdu

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

2002-ci il təvəllüdlü Hüseynov Osman Əhməd oğlu yolun digər tərəfinə keçərkən onu 99-XF-137 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Dİgər xəbərlər