Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşüb
16 iyul 2020 15:01 (UTC +04:00)

Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşüb

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki hazırkı vəziyyət də daxil olmaqla, ikitərəfli münasibətlər və regional təhlükəsizliyə dair aktual məsələlər müzakirə  olunub.

# 2326
avatar

Oxşar yazılar