Bu ilin sonunadək şəhid ailələri və müharibə əlillərinə nələr veriləcək?
16 iyul 2020 11:26 (UTC +04:00)

Bu ilin sonunadək şəhid ailələri və müharibə əlillərinə nələr veriləcək?

Bu il sosial təminatın digər bir istiqaməti olaraq aztəminatlı ailələrə dəstək proqramları və şəhid ailələrinə, müharibə əlillərinə mənzil və avtomobillərin verilməsi proqramı davam etdirilib.

Lent.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib:

“Artıq bu günə 300 mənzil və 100 avtomobil bu kateqoriyadan olan insanlarımıza təqdim edilib. Karantin rejimi bitdikdən sonra daha 200 mənzil və 100 avtomobil hazırdır, onlar da şəhid ailələrimizə və müharibə əlillərinə təqdim olunacaq. Ümumilikdə ilin sonunadək 1500 mənzil və fərdi ev və 400 avtomobilin verilməsi planlaşdırılır. Eyni zamanda, tənha yaşayan ahıl şəxslərimizin sosial müdafiəsinin təmin edilməsi üçün 65 yaşdan yuxarı tənha ahılların hər biri nazirlik tərəfindən tam şəkildə sosial xidmətə götürüldü və ölkə ərazisi üzrə bu qəbildən olan 15 min insana sosial xidmətçilər tərəfindən gündəlik xidmət göstərilir”.

Nazirin verdiyi məlumata görə, bir çox dövlət və özəl şirkətlərin təşəbbüsü ilə pandemiya dövründə 100 mindən çox ailəyə ərzaq payları təqdim edilib və bu işdə həm dövlət qurumları, həm də özəl şirkətlər çox aktiv rol oynayıblar.

# 2467
avatar

Oxşar yazılar