FHN-in canlı qüvvə və texnikası yağış sularının çəkilməsinə cəlb olundu
15 iyul 2020 19:27 (UTC +04:00)

FHN-in canlı qüvvə və texnikası yağış sularının çəkilməsinə cəlb olundu

Bu gün günorta saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərdə (Qobustan və Şamaxı şəhərləri) suçəkmə işlərinə cəlb olunub. Hal-hazırda Qobustan şəhərində həyətyanı sahələrdə suçəkmə işləri davam etdirilir.

# 2911
avatar

Oxşar yazılar