
Almaniyada azərbaycanlı həkimlər erməni təxribatı ilə bağlı ÜST-ə müraciət etdi
Almaniyada yaşayan bir qrup azərbaycanlı həkim Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlarla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) region üzrə rəsmisi Dr. Hans Henri P.Klugeyə rəsmi müraciət edib.
Bu barədə APA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
O bildirib ki, müraciətdə təşkilat rəsmisi Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi silahlı təxribat, atəşkəsin kobud şəkildə pozulması, eləcə də mülki şəxslərin atəşə tutulması barədə məlumatlandırılıb. Rəsmi müraciətdə Azərbaycanın illərdir Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyi qeyd olunub: "Dünyada və regionda koronavirus kimi müharibənin hökm sürdüyü bir dönəmdə Ermənistanın növbəti təcavüzkar addımları yolverilməzdir. Hesab edirəm ki, dünyanın COVID-19-la mübarizə apardığı bu çətin dönəmdə düşmənin bizə qarşı özünəməxsus şəkildə hiyləgərcəsinə zərbə vurmaq istəyi səhiyyə təşkilatları tərəfindən ciddi şəkildə pislənməlidir. Bu istiqamətdə mən və bir neçə Almaniyada yaşayan həmkarlar artıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) region üzrə rəsmisi Dr. Hans Henri P. Klugeyə rəsmi müraciət etdik. Təşkilat rəsmisini Azərbaycana dəstək olmağa və bu dönəmdə Ermənistanın bir daha etdiyi haqsızlığı bütün dünyaya məhz ÜST-nin mərkəzi ofisindən çatdırmağa çağırdıq. Düşünürəm ki, Ermənistanın törətdiyi bu təxribatın ÜST-nin mərkəzi ofisindən bütün dünyaya çatdırılmasının əsl zamanıdır. Bununla da biz nəinki siyasi arenada, eyni zamanda dünyanın səhiyyə arenasında da Ermənistanın iç üzünü hər kəsə bildirmiş olarıq. Fikrimcə, bu istiqamətdə tədbirlər gecikmədən başlanmalıdır və ÜST-nin Bakı ofisi də bu işdə öz dəstəyini nümayiş etdirməlidir".

Oxşar yazılar

Bu prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası ödəniləcək
21 yanvar 2021 , 19:58
Azərbaycana üç ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı
21 yanvar 2021 , 19:10
Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - Lent.az-da ROMAN KİMİ YAZI - I HİSSƏ
21 yanvar 2021 , 17:11
KORONAVİRUS STATİSTİKASI: Azərbaycanda yoluxma azaldı
21 yanvar 2021 , 17:03
Məktəblilər üçün qış tətilinin vaxtı AÇIQLANDI
21 yanvar 2021 , 16:29
"Şagirdlərə ikinci şans veriləcək" - RƏSMİ
21 yanvar 2021 , 16:27
Füzulinin Dördçinar kəndi - VİDEO
21 yanvar 2021 , 16:21
"Süni qiymətləndirmə istəmirik" - Nazirlik rəsmisi
21 yanvar 2021 , 16:18