16:39
15 İyul 2020

FİFA DÇ-2022-nin təqvimini təsdiqlədi

2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının təqvimi təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, FİFA mundialın başlama və bitmə tarixini açıqlayıb.

Yarışa 2022-ci il noyabrın 21-də start veriləcək. Final qarşılaşması isə dekabrın 18-də baş tutacaq. Həlledici görüş yerli vaxtla 18:00-da "Lusail" stadionunda keçiriləcək.

Turnirin qrup görüşləri yerli vaxtla saat 13:00, 16:00, 19:00 və 22:00 olaraq təyin edilib. Pley-off mərhələsinin matçları saat 18:00 və 22:00-da başlayacaq. 3-cü yer uğrunda qarşılaşma finaldan bir gün əvvəl - dekabrın 17-də (saat 18:00) olacaq.

Qrup mərhələsi 12 gün davam edəcək və tamaşaçılar hər gün 4 oyun izləyəcəklər.

Dİgər xəbərlər