Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi - SƏBƏB
15 iyul 2020 15:20 (UTC +04:00)

Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi - SƏBƏB

Sərnişin tələbatı çox olan istiqamətlərdə metro stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılıb.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, bununla da sərnişinlərin “BakıKart”-ın balansını artırması üçün imkan yaradılıb.

Vestibüllərdə sosial məsafənin qorunması və maskadan istifadə qaydalarına riayət olunması üçün müvafiq tədbirlər görülüb. Karantin şərtləri nəzərə alınmaqla vestibüllərə BNA tərəfindən nəzarətçilər cəlb olunub.

# 4705
avatar

Mehman Nəbiyev

Oxşar yazılar