Yas mərasimi təşkil edənlər cərimələndi - FOTO
14 iyul 2020 15:16 (UTC +04:00)

Yas mərasimi təşkil edənlər cərimələndi - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib. Polis Şöbəsinin əməkdaşları mərasimi başlamadan dayandırıb. Mərhuma yas mərasimi təşkil edən övladı Bakir Eyvazov və bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, barələrində inzibati tənbeh tədbirləri görülüb.

Ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102

Oxşar yazılar