11272
11:20
14 İyul 2020

Tanınmış aktrisanın müəmmalı ölümü - 4 yaşlı oğlu nələr dedi?

Aktrisa Naya Riveranın meyidi Ventura bölgəsində Piru gölündə tapılıb.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, məşhur seriallar qəhrəmanı 4 yaşlı oğlu ilə birgə qayıqla göldə gəzintiyə çıxıb. Saatlar sonra onların arxasınca gələnlər uşağı qayıqda əynində xilasedici jiletlə yatan görüblər, 33 yaşlı anası isə yox idi.

Oğlu anasının gölə tullandığını və qayıtmadığın deyib.

Aktrisa, müğənni, model Naya Rivera 1987-ci ildə Amerikanın Kaliforniya doğulub. Müğənni, aktrisa və model kimi beynəlxalq və nüfuzlu mükafatların sahibidir.