Quba-Xınalıq yolunda problem yarandı - FOTO
14 iyul 2020 10:08 (UTC +04:00)

Quba-Xınalıq yolunda problem yarandı - FOTO

İyulun 13 axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.

Avtomobillərin hərəkətinin bərpası üçün dərhal AAYDA-ın yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.

Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba –Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda  heç bir hərəkət məhdudiyyəti yoxdur.

# 2278
avatar

Mehman Nəbiyev

Oxşar yazılar