Ermənilər Ağdam və Dondar Quşçu kəndlərini artilleriya atəşinə tutdu - FOTO - VİDEO
13 iyul 2020 21:28 (UTC +04:00)

Ermənilər Ağdam və Dondar Quşçu kəndlərini artilleriya atəşinə tutdu - FOTO - VİDEO

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.

APA-nın yerli bürosunun məlumatına görə, xoşbəxtlikdən kənd sakinlərinə heç bir ziyan dəyməyib. Yalnız bir ev və sosial obyekt yararsız hala düşüb.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

# 6100
avatar

Oxşar yazılar