6897
09:09
07 Sentyabr 2020

Alma sirkəsinin orqanizmə faydaları

Sirkə şəfa qaynağıdır. İnsan sağlamlığı üçün müalicədə istifadə edilməklə yanaşı, yeməklərə də fərqli ləzzət qatan sirkənin müxtəlif növləri var. Həm xaricdən, həm də daxildən insan orqanizminə möcüzəvi təsir edən sirkənin bir növü də alma sirkəsidir. Alma sirkəsinin faydalarını saymaqla bitməz. İstifadəsinə çox qədim zamanlarda başlanılıb.

Görəsən, alma sirkəsinin sağlamlığa nə kimi xeyiri var? istifadə qaydası necədir?

Lent.az alma sirkəsi haqqında bilmədiyiniz faydalı məlumatları təqdim edir.

O, həm qidalarda, həm də qulluq vasitəsi olaraq əvəzsiz məhsuldur. İnfeksiyalara qarşı olduqca təsirlidir. Eyni zamanda qan şəkərini azaldır, qan təzyiqini tarazlaşdırır, xərçəng kimi təhlükəli xəstəliklərə qarşı müsbət təsir göstərir.

Uzun illərdən bəri dezinfekiyaedici vasitə kimi ev təmizliyindən tutmuş bitlənmə və göbələk xəstəliyinə qədər fərqli məqsədlərdə effektli vasitə kimi itifadə edilib.

Yara təmizləyərkən istifadə edilən sirkə bakteriyları məhv edir, orqanizmi infeksiyaya qarşı qoruyur. Tərkibindəki turşu maddəsi səbəbindən infeksiyaların qurumasında çox faydalıdır. Pambıqla yaralı nahiyəyə çəkməklə faydasını həmin andan hiss etmək olar.

Dəriyə qulluq zamanı istifadə edilən bahalı kosmetik vasitələrin təsiri sirkə ilə müqayisədə daha gec nəticə verir. Alma sirkəsi su ilə qarışdırılıb sızanaqlar üçün istifadə edildikdə, dəridə ləkə qalmadan onları yox edir. Təmiz və təravətli üz dərisi üçün ideal qulluq vasitəsidir.

Hazırda qadınların qorxulu yuxusuna çevrilən artıq çəki probleminə qarrşı da alma sirkəsindən istifadə əlverişlidir. Salatlarda istifadə edilməsi toxluq hissi yaradar, qarın və bel nahiyəsində incəlməyə kömək edir.

Alma sirkəsi eyni zamanda ürək-damar sitemi xəstəliklərinin qarşısını alır və irəliləməsini dayandırır. Mövzu ilə əlaqədar təcrübələr heyvanlar üzərində aparılsa da, sirkənin ürək-damar sistemi xəstəliklərinin müalicəsindəki rolu böyükdür.

Antioksidan təsiri ilə bədənin xərçəngə qarşı müqavimətini artırır. Xərçəng hüceyrələrinin meydana gəlməsinin qarşısını alır və bu klinik olaraq sübut edilib.

Mədə problemi olmayan insanlarda miqrenə qarşı da olduqca faydalıdır.

Dİgər xəbərlər