18:21
07 Sentyabr 2020

Bir foto ilə bütün həyatı dəyişən qız

Çəkdirdikləri bir foto ilə bütün həyatları dəyişən insanlar haqqında az eşitməmişik. Kimisi məşhur aktyor, kimisi də fotomodel olaraq bir anda ulduzları parlayıb. İndi təqdim edəcəyimiz məlumat da təsadüfən çəkilən şəkli ilə həyatına yenilik gələn balaca qız haqqındadır.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, məşhur fotoqraf Con Kerri illər öncə bi uşağın fotosunu çəkməkıə ona xoşbəxtlik bəxş edib.

2000-ci ildə məşhur fotoqraf Con Kerri Somali həqiqətlərini dünyaya göstərmək üçün bura gəlir. O zamanlar Con artıq 30 il idi fotoqraflıq edirdi. O, insan şəkillərini qara fonda çəkməyə birinci başlayıb. Onun fikrincə, bu, modellərin duyğularını və təbii gözəlliyini daha yaxşı göstərirdi.
Con bir gün yeni fotolar çəkmək həvəsi ilə şəhərin məhəllələrini gəzir və yeni simalar axtarışına düşür. Dar, çirkli küçəyə çıxanda tozlu yolda balaca qızın oturub oynadığını görür. Həmin an heç tərəddüd etmədən şəkilini çəkir. Şəkil Conun o qədər xoşuna gəlir ki, onu qızın valideynlərinə hədiyyə etmək istəyir. Amma ətraf evlərdə onları tapa bilmir. Qonşuların sözlərinə görə, onlar artıq bir neçə ay idi itkin düşmüşdülər, qız isə bu müddətdə küçədə qalırdı. Balaca qız fotoqrafın ruhuna o qədər toxunur ki, onu övladlığa götürmək qərarına gəlir. Övladlığa götürmə işləri asan olmasa da, Con bunu bacarır və qızı özü ilə Amerikaya aparır.

Fotoqraf bir valideyn kimi üzərinə düşənləri böyük məhəbbətlə həyata keçirir. O, balaca qızı ən yaxşı məktəbdə oxudaraq təhsil və mükəmməl tərbiyə verməyə çalışır. Con balaca qıza həqiqi ata olur.

Hazırda qızın 24 yaşı var və o, bir neçə model agentlikləri ilə əməkdaşlıq edir. Eyni zamanda, atasının da ən sevimli modelidir.

Dİgər xəbərlər