Gürcüstanda qalan vətəndaşlarımızı təxliyə etdilər - FOTO - YENİLƏNİB
13 iyul 2020 12:03 (UTC +04:00)

Gürcüstanda qalan vətəndaşlarımızı təxliyə etdilər - FOTO - YENİLƏNİB

Gürcüstandan 200 Azərbaycan vətəndaşının təxliyəsi başa çatdırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, 4 xüsusi avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətirilən vətəndaşların Azərbaycan ərazisinə keçməsi təmin edilib.

11:05

Gürcüstandan təxliyə edilən 200 Azərbaycan vətəndaşı Tbilisidən yola salınıb.

APA-nın yerli bürosu xəbər verir ki, təxliyə edilən vətəndaşlar bu dəqiqələrdə paytaxt Tbilisidən 4 xüsusi avtobusla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınıblar. Onları Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edirlər.

09:31

 

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir.

APA-nın yeri bürosu xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da  buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.

Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

 

# 4771
avatar

Oxşar yazılar