MN: İtki verən düşmən geri otuzdurulub, Azərbaycanın 2 hərbçisi şəhid olub, 5 nəfər  yaralanıb  - YENİLƏNİB
12 iyul 2020 17:31 (UTC +04:00)

MN: İtki verən düşmən geri otuzdurulub, Azərbaycanın 2 hərbçisi şəhid olub, 5 nəfər yaralanıb - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

***

saat 16.21

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

# 34795
avatar

Oxşar yazılar