Leysan yağdı, Gəncədə fəsadlar yarandı  - FOTO
12 iyul 2020 10:03 (UTC +04:00)

Leysan yağdı, Gəncədə fəsadlar yarandı - FOTO

Ötən gecə leysan yağış Gəncədə fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından başlayan aramsız yağış nəticəsində şəhərin Gülüstan qəsəbəsində və digər yerlərdə yaşayış evlərini, həyatyani sahələri su basıb.

Yağışdan ziyan çəkmiş ərazilərə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazı Bayramov və müavinləri, həmçinin Kəpəz və  Nizami rayon İcra hakimiyyətinin başçıları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib. Əraziyə baxış keçrilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verib.

Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilib. Hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür. 

# 6928
avatar

Oxşar yazılar