Misirdə dənizdə batan şəxsi xilas etmək istəyən 10 nəfər boğuldu
11 iyul 2020 16:18 (UTC +04:00)

Misirdə dənizdə batan şəxsi xilas etmək istəyən 10 nəfər boğuldu


Misirdə dənizdə boğulan şəxsi xilas etmək istəyən 10 nəfər batıb.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Aralıq dənizinin İsgəndəriyyə sahillərində qeydə alınıb.

Nəticədə 11 nəfər dənizdə boğulub. Xilasedicilər 6 nəfərin cəsədini sudan çıxarıb. Digər şəxslərin axtarışları davam edir.

Qeyd edək ki, boğulan şəxslər çimərliyə qanunsuz daxil olublar. Belə ki, Misirdə koronavirus pandemiyasına görə, çimərliklər qapalıdır.

# 3775
avatar

Oxşar yazılar