Sülhməramlılarımlzdan biri koronavirusa yoluxub
10 iyul 2020 17:29 (UTC +04:00)

Sülhməramlılarımlzdan biri koronavirusa yoluxub

“Vətəndaşlarımızı maksimum xarici səfərlərdən çəkinməyə çağırırıq”.

 APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 H. Hacıyev deyib ki, epidemioloji vəziyyətdən asılı olaraq sərhədlər hər an bağlana bilər: “Ona görə də vətəndaşlarımız tibbi ehtiyaclar yoxdursa, maksimum xarici səfərlərdən çəkinsinlər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Əfqanıstanda Azərbaycan sülhməramlıları arasında 1 yoluxma qeydə alınıb və Azərbaycana gətirilib: “Digər sülhməramlılar arasında yoluxma yoxdur”.

# 2098
avatar

Oxşar yazılar