Seulun itkin düşən merinin meyiti tapıldı - YENİLƏNİB
09 iyul 2020 16:05 (UTC +04:00)

Seulun itkin düşən merinin meyiti tapıldı - YENİLƏNİB

 

Seul şəhərinin itkin düşmüş meri Pak Von Sunun meyiti tapılıb.

APA-nın xəbərinə görə, bu barədə Çinin CGTN telekanalı məlumat yayıb.

Qeyd edək ki, Pak Von Sun 2011-ci ildən Seul şəhərinin meri vəzifəsində çalışıb.

***

15:15

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Pak Von Sun itkin düşüb.

APA-nın xəbərinə görə, bu barədə “Younhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya polisi paytaxt merinin axtarışına başlayıb. 

Qeyd olunub ki, merin itkin düşməsi barədə polisə onun qızı məlumat verib. Pak Von Sunun qızı bildirib ki, atası 4-5 saat əvvəl evdən çıxıb.

Bununla yanaşı, paytaxt meri vəsiyyətə bənzər sözlər yazıb, telefonu isə söndürülüb. 

Polis pilotsuz uçuş aparatları və təlim itlərinin iştirakı ilə genişmiqyaslı axtarış aparır.

# 4819
avatar

Oxşar yazılar