1066
09:40
09 İyul 2020

Gizli işləyən kafedə 12 nəfərə cərimə yazıldı

Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az -a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən “Cənnət bağı” adlı kafe aşkarlanıb. Obyektə baxış zamanı orada olan kafenin icarədarı A.Əliyev və 11 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslərə sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.