"Tək qalmaqdan qorxuram" - Mənzurə Musayeva
09 iyul 2020 11:53 (UTC +04:00)

"Tək qalmaqdan qorxuram" - Mənzurə Musayeva

Müğənni Mənzurə Musayeva tək qalmaqdan qorxur.

Lent.az-ın məlumatına görə görə, ifaçı bu barədə "5/5" verilişində deyib:

"Karantin başlamadan öncə Azərbaycanın bir neçə rayonunda istirahət etdim. İndi karantindi evdə darıxıram. Bağ evim yoxdu. Heç vaxt olmayıb. Bağ evində tək qalanda qorxuram. Bir anamdı, bir də mən. İkimiz bağ evində qalsaq, söz edərlər. Təbii ki, yanımda kimsə olsaydı, kiməsə güvənsəydim, alardım. Bu da Allahın bir qismətidir".

# 7591
avatar

Yalçın UĞUR

Oxşar yazılar