Moskva ətrafı bölgələrində kafe və restoranların fəaliyyəti bərpa olunur
08 iyul 2020 20:42 (UTC +04:00)

Moskva ətrafı bölgələrində kafe və restoranların fəaliyyəti bərpa olunur

 

Moskva vilayətində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qapadılmış restoranların, kafelərin, yeməkxanaların, bufetlərin və barların fəaliyyəti bərpa olunur. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin rəsmi internet saytında yerləşdirilən sənəddə bildirilib.

Təsdiq edilmiş sənədin müvafiq paraqrafında qeyd olunub ki, adıçəkilən obyektlər yalnız 25 iyul 2020-ci il tarixindən fəaliyyətə başlaya bilər.

 

# 2638
avatar

Oxşar yazılar