Quterreş Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyib
08 iyul 2020 10:03 (UTC +04:00)

Quterreş Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyib

"Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışır".

APA-nın xəbərinə görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. 

Prezident Ilham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

# 1267
avatar

Oxşar yazılar