Zöhrə Abdullayeva müğənnilərdən gileyləndi:"Onunla yatırdım..."
08 iyul 2020 09:17 (UTC +04:00)

Zöhrə Abdullayeva müğənnilərdən gileyləndi:"Onunla yatırdım..."

Əməkdar artist Zöhrə Abdullayeva şou əhlindən gileylənib.

Lent.az-ın məlumatına görə, "7 Canlı" verilişində qonaq olan müğənni bildirib ki, həmkarlarından narazıdır:

"Mən səhnəyə toydan gəlməmişəm. İlk dəfə İslam Rzayevin yanında sənətə gəldim. Daha sonra Sara Qədimovanın yanında sənətin sirlərini öyrəndim. Sara xanımın yanında çox olmuşam. Qışda onunla yatırdım. İndi aparıcılar müğənnilərə sual verir ki, kimə qulaq asırsan? Heç kim mənim adımı çəkmir. Bilmirəm niyə? Elə gözəl müğənnilərimiz var ki, sənəti var, şansı gətirmir".

# 5362
avatar

Yalçın UĞUR

Oxşar yazılar