Bu robot qanad açıb uçur - VİDEO
07 iyul 2020 19:34 (UTC +04:00)

Bu robot qanad açıb uçur - VİDEO

"Festo" şirkətinin mühəndisləri havada istiqaməti müstəqil müəyyənləşdirən və adi quşun uçuşunu imitasiya edən qurğu yaradıblar.

Lent.az "ICTnews"a istinadən xəbər verir ki, "Festo" bionik robotu "BionicSwift" adlanır. Bu, quş şəklində hazırlanan uçan qurğudur. Mexanizm "GPS" texnologiyasına əsaslanaraq bina daxilində müstəqil uça bilir. O, marşrutu binanın xəritəsi ilə koordinasiya edir ki, bunun da sayəsində əşyalarla toqquşmadan yayınır. "BionicSwift" robotunun əsas xüsusiyyətlərindən biri kimi real quşlar əsasında yaradılan unikal lələklər qeyd olunur.

Yeni robotun daha bir sirri onun çəkisi və qanadlarındadır. Belə ki, çəkisi 42 qrama bərabər robotun korpusunun uzunluğu 44,5 sm, qanadlarının uzunluğu isə 68 sm təşkil edir. Mühəndislərin sözlərinə görə, məhz bu nisbətlər qurğunu sürətli və çevik edir. Robotun lamelləri çox yüngül və elastik, lakin eyni zamanda möhkəm penoplasdan, lələklər isə karbon materialdan hazırlanıb.

Məlumata görə, uçuş zamanı "BionicSwift" adi quşların hərəkətini imitasiya edir. İnsan onun qurğu olduğunu əvvəlcədən bilməsə, uzaqdan adi göyərçinlə səhv salar. Qurğunun istiqaməti daha yaxşı müəyyənləşdirməsi üçün mühəndislər tərəfindən binada bir neçə radiomodul quraşdırılıb. Bundan başqa, robot əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə uçur və uçuş trayektoriyasına müstəqil – insan müdaxiləsi olmadan düzəlişlər edə bilir.

# 3355
avatar

Oxşar yazılar