Maşını 180-lə sürən sərxoş qadın saxlanıldı - VİDEO
07 iyul 2020 18:44 (UTC +04:00)

Maşını 180-lə sürən sərxoş qadın saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsü 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək video çəkib. Daha sonra onu yayımlayıb.

Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, sürjetlə bağlı ətraflı araşdırılma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb.

Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq olaraq tədbir görülüb."

# 6304
avatar

Mehman Nəbiyev

Oxşar yazılar