Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR
06 iyul 2020 18:43 (UTC +04:00)

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərar verib. 

APA-nın məlumatına görə, qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib. 

Müəyyən edilib ki: 

 

- koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;

- qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır;

- hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.

Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

 

 
# 7825
avatar

Oxşar yazılar