Karantini pozan kafe sahibləri həbs olundu - FOTO
06 iyul 2020 16:10 (UTC +04:00)

Karantini pozan kafe sahibləri həbs olundu - FOTO

Şəmkirdə karantin qaydalarını pozaraq stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edilib.

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin  əməkdaşları tədbirləri davam etdirir.

Şəmkir Rayon İcra Hakimiyyəti   başçısı yanında Operativ qərargahın və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı qəsəbədə yerləşən bir neçə kafe sahibləri dəfələrlə xəbərdarlıq edilsə də, müştərilərin arasında sosial məsafələri qorumayaraq, stolüstü oyunlar təşkil edərək karantin rejminin qaydalarını kobud şəkildə pozduqları aşkar edilib. Həmin obyekt sahibləri, Elnur Məcidov və Xəqani Süleymanov saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmiş, barələrində İnzibati Xətalar Məcəlləsinin 211 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 8 gün müddətində inzibati qaydada həbs edilib.

# 1924
avatar

Mehman Nəbiyev

Oxşar yazılar