Gizli restoran işlədirdi, həbs edildi
06 iyul 2020 15:15 (UTC +04:00)

Gizli restoran işlədirdi, həbs edildi

Sumqayıtda gizli işləyən restoran aşkar olunub.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının iyulun 4-də şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində şəhər sakini E.Hüseynovun karantin rejimini pozaraq restoran işlətdiyi müəyyən edilib.

E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 25 gün inzibati həbs edilib.

# 2308
avatar

Mehman Nəbiyev

Oxşar yazılar