2212
13:42
06 İyul 2020

Koronavirusdan sağalan şəxslərə daha bir MÜRACİƏT

Mərkəzi Qan Bankı koronavirusdan sağalan şəxslərə yenidən müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, koronavirusdan sağalmış şəxslər hazırda ölkəmizdə müalicə alan ağır koronavirus xəstələrinə öz qanlarını hədiyyə edə bilər: “Konvalesent plazma müalicə üsulu ilə həmin şəxslərin qanından alınmış plazma ağır xəstələrə köçürülür. Sənin mübarizən bitsə də, ölkəmizdə koronavirusla mübarizə davam edir”.

Qeyd edək ki, Mərkəzi Qan Bankı bir müddət əvvəl də koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor olmaları ilə bağlı müraciət etmişdi.

Mərkəzi Qan Bankının əlaqə nömrələri:

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.