Bakıda yan-yana olan 3 ev yandı
06 iyul 2020 12:37 (UTC +04:00)

Bakıda yan-yana olan 3 ev yandı

Bakıda yan-yana yerləşən bir neçə evdə yanğın olub.

Lent.az FHN-nin saytına istinadla xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyüyün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 2050
avatar

Mehman Nəbiyev

Oxşar yazılar